WhatsApp Plus Yüklə

WhatsApp Plus v2017.6 Yukle

 

İstifadəçilərin ixtiyarına 2015-ci ildə verilən WhatsApp Plus tətbiqi hər gün daha çox insanın istifadə etdiyi bir tətbiq halına gəldi. İnkişaf etdirdiyi bazası sayəsində və mövcud yeni xüsusiyyətləri ilə bir çox WhatsApp istifadəçisinin yeni, əvəzolunmaz tətbiqi kimi istifadə olunmağa başlandı. Bəs bu WhatsApp Plus nədir, hansı əlavə xüsusiyyətləri var? WhatsApp Plus developer`lər tərəfindən modifikasiya edilmiş bir tətbiqdir. Bu tətbiq əslində normal WhatsApp kimidir, lakin bir çox əlavə funksiyası olduğu üçün demək olar ki, hər kəsin seçim etdiyi versiyalardan biridir. Bu versiyada olan xüsusiyyətlər sayəsində bir çox istəyinizi yerinə yetirə bilərsiniz. Online vaxtını dondurmaq olsun, mavi oxunu işarəsini gizləmək olsun, mesajı tək xətt saxlamaq olsun bir çox funksiyadan yararlana bilərsiniz. Adi WhatsApp`dan fərqli olaraq bu versiyanı Play Store`dan yükləyə bilməzsiniz, amma narahat olmayın tətbiqi hər zaman saytımızdan pulsuz yükləyə bilərsiniz. Yükləmə linki səhifənin aşağısındadır. 

 

WhatsApp Plus Gizlilik Parametrləri:

  • Tək xətt. WhatsApp Plus sayəsində gələn mesajda qarşı tərəfə görünən 2 xətt mesaj çatdı işarəsini deaktiv edə bilərsiniz, yəni sizə mesaj göndərən şəxs mesajın sizə çatdığını, onu gördüyünüzü anlaya bilməz. 
  • Online vaxtı. Bir çox WhatsApp Plus istifadəçisi sırf bu xüsusiyyət üçün bu versiyanı seçir. WhatsApp Plus ilə online vaxtını dondurmanız mümkündür. Online vaxtını dondurduğunuz zaman heçkim sizin online olduğunuzu görə bilmir. Qarşı tərəf sadəcə sizin son çıxış tarixinizi görür, online olsanız belə. 
  • Mavi mesaj oxundu işarəsi. Bu funksiya sayəsində gələn mesajı oxusanız belə qarşı tərəf bunun fərqinə vara bilməyəcək. Bu funksiya aktiv olduğu zaman sizə gələn mesajı oxusanız belə qarşı tərəfə 2 xətt mavi oxundu işarəsi görünməyəcək. 
  • Yazır. WhatsApp Plus ilə mesaj yazarkən qarşı tərəfə görünən “yazır” işarəsini deaktiv edə bilərsiniz. Narahat olmayın qarşı tərəf sizi yazarkən görməsədə siz onu görə biləcəksiniz. 
  • Səs Yazılır. Səs yazarkən qarşı tərəfə görünən “səs yazılır” işarəsini gizlədə bilərsiniz. 
  • Mavi Mikrafon. Göndərilmiş səsli ismarıcı dinlədiyiniz zaman qarşı tərəfə görünən mavi mikrafon işarəsini gizlədə bilərsiniz. 

 

WhatsApp Plus Digər Xüsusiyyətləri:

  • Temalar. WhatsApp Plus ilə normal versiyada öyrəşdiyimiz görünüşü dəyişə bilərsiniz. Bir-birindən müxtəlif temalar ilə WhatsApp`a canlı bir görünüş gətirmək öz əlinizdədir. Tema mağazasından istədiyiniz temanı yükləyə və ya öz zövqünüzə uyğun özünüz düzəldə bilərsiniz. 
  • Mesajlaşma Ekranı. Mesajlaşma ekranındakı rəngləri, ölçüləri, formaları, bildiriş işarələrini və s. şeyləri bu dəyişə bilərsiniz.
  • Bildirişlər. Bildiriş parametrlərini dəyişə bilərsiniz. 
  • Widgetlər. Widgetləri tənzimləyə bilərsiniz. 
  • Media Modları. Şəkil və video modlarını tənzimləyə bilərsiniz. 
  • Daima Online Modu. Bu mod ilə WhatsApp`dan çıxsanız belə online görünərsiniz. 
  • Müxtəlif Dil Seçimi. Azərbaycan dili də daxil olmaqla WhatsApp`ı müxtəlif dillərdə işlədə bilərsiniz.

 

⇓ YÜKLƏMƏ LİNKİ ⇓

WhatsApp Plus Yüklə

 

Admin üçün bir cavab yazın Cavabı ləğv et