Smartfonlara Android 10 yeniləməsinin gəlməsi ilə birlikdə bəzi istifadəçilər WhatsApp Plus`da çətinliklərlə üzləşməyə başladılar. Bunlardan ən başlıcası qəbul edilmiş səslərin, videoların, şəkillərin və digər şəxslərin paylaşdığı statusların açılmaması problemi idi. Həmçinin istifadəçilər səsli mesaj, şəkil, video göndərməkdə də çətinlik çəkirdi. Əgər siz də WhatsApp Plus`da bu tərz problemlərlə qarşılaşırsınızsa aşağıdakı həll yolunu diqqətlə izləyin. Problemin həll qaydasını şəkilli formada izah etməyə çalışdıq.
1. İlk öncə telefonunuzda “Ayarlar”a daxil olun
2. Ekranı aşağı sürüşdürün və “Tətbiqlər” bölməsinə daxil olun
3. Sonrakı addımda ekrana çıxan seçimlərdən “Tətbiqləri idarə et” bölməsini açın
4. Daha sonra açılan pəncərədə tətbiqlər içərisindən istifadə etdiyiniz WhatsApp Plus versiyasını tapıb daxil olun
5. Yuxarıdakı mərhələləri düzgün yerinə yetirdiyiniz zaman WhatsApp Plus üçün olan parametrlər ekrana çıxacaq. Ekranı ən aşağı sürüşdürün və “Bilinməyən mənbələrdən gələn tətbiqləri quraşdır” seçiminə icazə verin
6. Burada “Bəli” seçməniz kifayətdir. Bundan sonra WhatsApp Plus`da yaranmış problemlər aradan qalxacaqdır. Xoş söhbətlər 🙂
Hər hansı bir sualınız olarsa şərh bölməsində bizə bildirin.
WhatsApp Plus yeniləmək üçün daxil olun