WhatsApp AzerPro üçün yeni versiya yayımlandı!

WhatsApp AzerPro v10.80 yükləmə və yeniləmə qaydası

 

Nə üçün hər ay yeniləmə bildirişi gəlir?

Bildiyiniz kimi WhatsApp Mod versiyalar üçün müəyyən bir müddət aralığı ilə yeni versiyalar yayımlanır. Bu yeniləmələr ilə birçox hallarda WhatsApp`da olan xətəlar aradan qaldırılır, yeni funksiyalar əlavə olunur və istifadə müddəti uzadılır. Yeniləmə mövcud olduğu zaman bu barədə istifadəçilərə məlumat göndərilir.

 

Mesajların və faylların itməməsi üçün WhatsApp`ı necə yeniləməli?

Bəzi istifadəçilər WhatsApp`ı yeniləmə prosesini yerinə yetirmək üçün WhatsApp`ı silir və yenidən yeni versiyanı yükləyir. Belə olduğu zaman istifadəçi əgər mesajları və faylları nüsxələməyibsə onları geri qaytara bilmir. Bu cür problemlərlə qarşılaşmamaq üçün istifadə etdiyiniz WhatsApp`ın paket adını (package name) bilməyiniz və yeniləmə bildirişi gəldiyi zaman əvvəlki versiyanı silmədən uyğun WhatsApp`ı (eyni paket adı ilə olan) yükləməyiniz kifayətdir.

 

İstifadə etdiyim WhatsApp`ın paket adını necə öyrənə bilərəm?

Saytımızda yerləşdiryimiz bütün WhatsApp Mod`ların yükləmə linklərinin qarşısında onların paket adlarını da qeyd edirik. Paket adını bilmək üçün əlavə proqrama ehtiyac yaranmasın deyə yükləmə etdiyiniz zaman bu nüansa diqqət etməyiniz lazımdır.

Əgər yükləmə zamanı WhatsApp`ın paket adına diqqət yetirməmisinizsə bunun üçün heyfslənməyə dəyməz. Hazırda istifadə etdiyiniz WhatsApp`ın paket adını öyrənmək üçün Play Store`dan kiçik həcmli Package Name Viewer tətbiqini yükləyib asanlıqla öyrənə bilərsiniz. Tətbiqin yükləmə linki: Package Name Viewer yüklə

WhatsApp AzerPro yeni versiyanın yükləmə linki

Aşağıdakı linkə keçid edərək istifadə etdiyiniz WhatsApp`a uyğun (eyni paket adı ilə olan) yeni versiyanı yükləyib WhatsApp`ınızı ən son versiyaya yeniləyə bilərsiniz.

WhatsApp AzerPro v10.80 – Yeni Versiya