WhatsApp Plus Yüklə

WhatsApp Plus 2024 – v12.00 – Azərbaycan dilində – AntiBAN

İstifadəçilərin ixtiyarına 2015-ci ildə verilən WhatsApp Plus Yukle hər gün daha çox insanın istifadə etdiyi bir tətbiq halına gəlir. İnkişaf etdirdiyi bazası və mövcud yeni xüsusiyyətləri ilə bir çox WhatsApp istifadəçisinin əvəzolunmaz tətbiqi olmağı bacarıb. Bəs bu WhatsApp Plus nədir? hansı əlavə xüsusiyyətləri var?

WhatsApp+ developer-lər tərəfindən modifikasiya edilmiş bir tətbiqdir. Bu tətbiq əslində normal WhatsApp kimidir, lakin bir çox əlavə funksiyası olduğu üçün demək olar ki, hər kəsin seçim etdiyi versiyalardan biridir. Bu versiyada olan xüsusiyyətlər sayəsində bir çox istəyinizi yerinə yetirə bilərsiniz. Online vaxtını dondurmaq, mavi oxundu işarəsini gizlətmək, mesajı tək xətt saxlamaq kimi bir çox funksiyadan yararlana bilərsiniz. WhatsApp üçün çoxlu belə alternativ mod versiya mövcuddur. Alternativlərindən fərqli olaraq bu mod versiyada heçbir reklam yerləşdirilməsi yoxdur, tamamən reklamsızdır. Qeyd edək ki, adi WhatsApp-dan fərqli olaraq bu versiyanı Play Store-dan yükləmək mümkün deyil, ancaq narahat olmayın tətbiqin hər zaman ən yeni versiyasını saytımızdan pulsuz yükləyə biləcəksiniz. Yükləmə linki səhifənin aşağısındadır.

Gizlilik Parametrləri:

  • Tək xətt. WhatsApp Plus sayəsində sizə göndərilən mesajda qarşı tərəfə görünən 2 xətt mesaj çatdı işarəsini deaktiv edə bilərsiniz, yəni sizə mesaj göndərən şəxs mesajın sizə çatdığını, onu gördüyünüzü anlaya bilməz, mesaj tək xətt qalacaq.
  • Online vaxtı. Bir çox Android istifadəçisi sırf bu xüsusiyyət üçün bu versiyanı seçir. WP Plus ilə online vaxtını dondurmanız mümkündür. Online vaxtını dondurduğunuz zaman heçkim sizin online olduğunuzu görə bilmir. Qarşı tərəf sadəcə sizin son çıxış tarixinizi görür, online olsanız belə.
  • Mavi mesaj oxundu işarəsi. Bu funksiya sayəsində gələn mesajı oxusanız belə qarşı tərəf bunun fərqinə vara bilməyəcək. Bu funksiya aktiv olduğu zaman sizə gələn mesajı oxusanız belə qarşı tərəfə 2 xətt mavi oxundu işarəsi görünməyəcək.
  • Yazır işarəsi. Vatsap Plus ilə mesaj yazarkən qarşı tərəfə görünən “yazır” işarəsini deaktiv edə bilərsiniz. Narahat olmayın qarşı tərəf sizi yazarkən görməsədə siz onu görə biləcəksiniz.
  • Səs Yazılır. Səs yazarkən qarşı tərəfə görünən “səs yazılır” işarəsini gizlədə bilərsiniz.
  • Mavi Mikrafon. Göndərilmiş səsli ismarıcı dinlədiyiniz zaman qarşı tərəfə görünən mavi mikrafon işarəsini deaktiv edə bilərsiniz. İsmarıcı dinləsəniz belə qarşı tərəf bunu bilməyəcək.
  • Status. WhatsApp-ın yeni funksiyası status(story) üçün olan bu parametri aktiv etdiyiniz zaman digər istifadəçilər tərəfindən əlavə edilən hekayələrə gizlin baxa bilərsiniz. Qarşı tərəf onun hekayəsinə baxdığınızdan xəbər tutmayacaq.

Əsas Üstünlüklər:

  • Temalar. WhatsApp Plus ilə normal versiyada öyrəşdiyimiz görünüşü dəyişə bilərsiniz. Bir-birindən müxtəlif temalar ilə WhatsApp-a canlı bir görünüş gətirmək öz əlinizdədir. Tema mağazasından istədiyiniz temanı yükləyə və ya öz zövqünüzə uyğun özünüz düzəldə bilərsiniz.
  • Mesajlaşma Ekranı. Mesajlaşma ekranındakı rəngləri, ölçüləri, formaları, bildiriş işarələrini və s. şeyləri dəyişə bilərsiniz.
  • Bildirişlər. Bildiriş parametrlərini dəyişə bilərsiniz.
  • Widgetlər. Widgetləri tənzimləyə bilərsiniz.
  • Media Modları. Şəkil və video göndərmə parametrlərini tənzimləyə bilərsiniz.
  • Daima Online Modu. Bu mod ilə WhatsApp-dan çıxsanız belə online görünərsiniz.
  • Anti-Revoke funksiyası. WhatsApp Plus-da mövcud olan bu funksiya ilə qəbul etdiyiniz mesajların göndərən tərəfindən silinməsinin qarşısını ala bilərsiniz.
  • Müxtəlif Dil Seçimi. Azərbaycan dili də daxil olmaqla WhatsApp-ı müxtəlif dillərdə işlədə bilərsiniz.
⇓ YÜKLƏMƏ LİNKLƏRİ ⇓

WhatsApp Plus 2 Yüklə (com.wa2plus)

WhatsApp Plus 3 Yüklə (com.wa3plus)

WhatsApp AzerPro-nun yükləmə səhifəsinə keçid üçün klikləyin

WhatsApp Baza Versiyası: 2.22.23.77

Yenilənmə tarixi: 11.03.2024

İstifadə etdiyi WhatsApp-ın müddəti bitən istifadəçilər aşağıdakı linkə keçid edərək yeniləmə qaydası ilə tanış ola bilərlər
WhatsApp Plus Yeniləmə Qaydası – Mesaj, Fayl İtkisi Olmadan

Saytımızdan yükləmə zamanı çətinliklə qarşılaşırsınızsa tətbiqi asanyukle.com saytından yükləməyi yoxlaya bilərsiniz. Yükləmə linki: WP Plus Yukle

Əsas yeniliklər:

(v9.53)

  • İstifadə müddəti artırıldı
  • Əvvəlki versiyadakı xətalar aradan qaldırıldı

(v9.51)

  • Tək səfərlik baxmaq üçün göndərilən şəkil və videoları açıldı/görüldü kimi qeyd etmək seçimi əlavə edildi
  • Kütləvi mesaj göndərmə funksiyası ilə şəkil və video göndərmə seçimi əlavə edildi
  • Qruplar üçün kütləvi mesaj göndərmə funksiyası əlavə edildi
  • Şəkillərin/videoların təsadüfi olaraq açılmış/baxılmış kimi qeyd edilməsi problemi həll olundu
  • Kontakt adının rənginin statusa və zənglər ekranına düşməməsi problemi aradan qaldırıldı
  • Ağ temalarda zəng işarəsinin görünməməsi problemi həll edildi
  • Şəkil və videoların açılmış kimi işarələndikdən sonra yüklənməməsi problemi həll edildi
  • Oxunmamış mesaj sayğacının səhv yerləşdirilməsi problemi həll edildi
  • Digər düzəlişlər və təkmilləşdirmələr

(v9.18)

  • Tək səfərlik baxmaq üçün göndərilən media fayllarına limitsiz sayda baxa bilərsiniz
  • Bəzi telefonlarda mesaj gecikməsi problemi aradan qaldırıldı
  • İstifadə müddəti artırıldı
  • Digər düzəlişlər və təkmilləşdirmələr

(v9.10)

  • Mesaj zamanlayıcı əlavə edildi (One UI dizayn)
  • Avtomatik cavab funksiyası əlavə edildi (One UI dizayn)
  • Bütün söhbətlər üçün Dark / Light rejimi aktivləşdirildi
  • Pin kilidi ekranı yenidən dizayn edildi
  • Pattern kilidi ekranı yenidən dizayn edildi
  • Status yükləyərkən çıxan xətalar aradan qaldırıldı
  • Bəzi telefonlarda olan mesaj gecikməsi aradan qaldırıldı
  • Medyanın yüklənməməsi və digər xətalar aradan qaldırıldı
  • Gecə rejimində şəkil/video göndərərkən Mesaj/Başlıq mətn qutusunun rəngi düzəldildi
  • Bəzi android 11 cihazlarında zəng zamanı çıxan xəta aradan qaldırıldı
  • Tərcümələr təkmilləşdirildi
  • Digər düzəlişlər və təkmilləşdirmələr

(v9.00)

  • Baza yeniləndi – v2.21.4.22
  • Divar kağızının bəzi telefonlarda tətbiq olunmaması problemi aradan qaldırıldı
  • Statusu yükləmək üçün yeni seçimlər əlavə edildi (başlığı kopyala, paylaş və s.)
  • Avtomatik olaraq Dark / Light rejimi əlavə edildi
  • Gizlilik şərtləri bildirişini gizlətmək üçün seçim əlavə edildi (Universal> Gizlilik mesajını gizlədin). Qəbul etmədən gizlədə bilərsiniz.
  • Android 11-də işləməyən nüsxələmə funksiyası düzəldildi
  • Səs dəyişdirici seçimləri üçün tərcümələr əlavə edildi
  • Digər düzəlişlər və təkmilləşdirmələr

(v8.98)

  • Səsli mesajlar üçün səs dəyişdirici əlavə edildi (Söhbətlər> 3 nöqtə> Səs dəyişdirici)
  • Stiker göndərməzdən əvvəl önizləmə etmək və təsdiqləmək üçün seçim əlavə edildi
  • Endirilmiş emoji paketlərini silmək üçün seçim əlavə edildi
  • Əsas ekranda arxivlənmiş mesajlar sətri artıq temaların rənginə uyğun olur
  • Qruplara göndərilən mesajlardakı yavaşlama problemi aradan qaldırıldı
  • Yeni məxfilik siyasəti üçün son tarix 15 may tarixinə qədər uzadıldı
  • Başqa yeniliklər və düzəlişlər.

(v8.60)

  • Yeni fayl əlavəsi seçicisi əlavə edildi
  • Yeni fayl əlavəsinin interfeysini aktiv / deaktiv etmək üçün seçim əlavə edildi
  • Yeni fayl əlavəsinə animasiya əlavə edildi
  • 5 yeni giriş stili əlavə edildi
  • 16 yeni qabarcıq stili əlavə edildi
  • 14 yeni tik stili əlavə edildi
  • Əlavə edilmiş yeni stillərin qarşısında “yeni” yazılır
  • “Daha ətraflı…” sözünü silmək və uzun mesajları ilk dəfədən tam göstərmək üçün seçim əlavə edildi
  • Online Tost yerini dəyişdirmək üçün seçim əlavə edildi
  • ONE UI stilinin fırlanma problemi həll edildi.
  • Yeni fayl əlavəsi interfeysində “Otaq” seçimi düzəldildi. FB Messenger quraşdırılmadıqda, ikon kameraya keçəcəkdir.
  • Statuslar nişanında rəqəmlərin görünməməsi problemi aradan qaldırıldı, indi yalnız nöqtələr görünəcəkdir
  • Oxunmamışlar sayğacındakı problem aradan qaldırıldı (məsələn, zənglər)
  • Xüsusi divar kağızı problemi aradan qaldırıldı
  • Yönləndirmə limitini 250-ə qaldırmaq seçimi silindi
  • Bir sıra digər kiçik xətalar aradan qaldırıldı
  • Başqa düzəlişlər və təkmilləşdirmələr

(v8.50)

  • Baza yeniləndi – v.2.20.123
  • Şəxslər / Qruplar olmaqla yazışmaları iki ekrana bölmək seçimi
  • Sürətli əməliyyatları görmək üçün ana ekranda söhbət xəttini sürüşdürün
  • Yeni WhatsApp barmaq izi istifadəçi interfeysindən istifadə edin
  • Yazışma ekranı istifadəçi interfeysinə alt-bar stil seçimi
  • WhatsApp və YoSettings üçün qaranlıq rejim
  • Yeni emojilər
  • WhatsApp üçün telefonunuzun emojilərindən istifadə etmə seçimi
  • APK ölçüsü indi 38 mb-dir
  • Performans və sürət
  • İstifadəçi şəkillərinin Instagram story stilində səhv görünməsi aradan qaldırıldı
  • Cavab verərkən status mətninin bəzən görünməməsi problemi həll olundu
  • Nişanların alətlər panelində ağ rəngə çevrilməsi düzəldildi
  • Yothemes serverindən tema yükləmə problemi aradan qaldırıldı
  • Instagram status tərzi aktiv olduqda hərəkət edərkən qara xətt aradan qaldırıldı
  • Digər təkmilləşdirmələr və düzəlişlər.

(v8.40)

  • Əvvəlki versiyadakı xətalar aradan qaldırıldı

(v8.00)

  • Əvvəlki versiyadakı xətalar aradan qaldırıldı

(v7.5)

  • Aktiv edildi – Temalar
  • Təkmilləşdirildi – Azərbaycan dili
  • Əvvəlki versiyadakı xətalar aradan qaldırıldı

(v7.35)

(v7.25)

  • Hekayədə video limiti 30 saniyədən 30 dəqiqəyə artırıldı
  • Əvvəlki versiyadakı xətalar aradan qaldırıldı

(v7.10)

  • Anti Ban Təkmilləşdirildi – WhatsApp tərəfindən ban olubsunuzsa əvvəlcə həmin versiyanı silin ardınca bu versiyanı yükləyin

(v7.00)

  • Antiban təkmilləşdirildi
  • Əvvəlki versiyadakı xətalar aradan qaldırıldı

(v6.95)

  • Baza yeniləndi – 2.19.17
  • PlayStore`dan stikerlər əlavə edə bilərsiniz
  • Yeni emojilər əlavə edildi, artıq göndərilən bütün emojilər görünür
  • Yeni fontlar əlavə edildi
  • Yeni başlatma ikonu əlavə edildi
  • Təkrarlanan medianı silmək üçün tətbiq əlavə edildi (AzerPro menuya daxil olub yükləyə bilərsiniz)
  • Qrupda üzvlərə zəng edə bilərsiniz
  • Qrupda seçilən mesaja şəxsi cavab yazmaq
  • Gizlədilmiş söhbətlər üçün başlığı deaktiv etmə seçimi əlavə edildi (Mod 6.21)
  • Söhbətləri yenilər/köhnələr kimi sıralaya bilərsiniz
  • Qrup zənglərində təsdiq dialoqu əlavə edildi
  • Söhbət sabitləmə limiti 25`dən 30`a çatdırıldı
  • Temalarda axtarış zamanı yaranan problem aradan qaldırıldı
  • Avto mesaj / Planlaşdırılmış mesaj üçün 2`dən artıq kontakt seçimi zamanı tətbiqin bağlanması problemi aradan qaldırıldı.
  • Android Orea və Pie`də tətbiq dilini dəyişdirmə təkmilləşdirildi
  • Qrup profilində daha çox göstərə klikləmə zamanı mesajlara baxma təkmilləşdirildi
  • Tema serveri yeniləndi (bütün temalardan istifadə üçün AZThemes tətbiqini yükləyin)
  • Antiban təkmilləşdirildi
  • Əvvəlki versiyadakı xətalar aradan qaldırıldı

(v6.65)

  • Baza yeniləndi – 2.18.327
  • Stikerlər aktiv olundu
  • 1 faylı 2-ci dəfə eyni şəxsə göndərmək ücün faylı sağa sürüşdürməklə(swipe) daha asan yenidən göndərmə
  • @ taq işarəsi hara taq olduğunuzu daha asan bilmək üçün
  • Zənglərin bloku təkmilləşdirildi (zəng edəni görüb görməmək seçimi)
  • Mesajlari seçib bir hissəsini köçürmək (Mod 1.2.2)
  • Mesajı sürüşdürmə (swipe) yolu ilə cavablamaq
  • Qrup zəngləri aktiv olundu
  • Silinmiş mesajların bildiriş müddətini seçmək (Mod 6.8)
  • Temalı Stikerlər bölməsi
  • Bərpa olundu – Gizli söhbətlərin zəng bölməsində göstərişi, kvadrat şəkillər və tema üzrə axtarışlar
  • Zəng problemi aradan qaldırıldı
  • Əvvəlki versiyadakı xətalar aradan qaldırıldı

(v6.60)

  • Əvvəlki versiyadakı xətalar aradan qaldırıldı

(v6.55)

  • Baza versiyası – 2.18.203 yeniləndi
  • Şəxsin yazıb sildiyi mesajları istənilən vaxt görmək funksiyası aktiv edildi
  • Mesajları bildirişdən oxundu kimi işarələmək seçimi əlavə edildi
  • Bütün mesajları seçmək funksiyası əlavə edildi
  • Mod 6.8 silindi
  • Əvvəlki versiyadakı xətalar aradan qaldırıldı

(v6.50)

  • Əvvəlki versiyadakı xətalar aradan qaldırıldı

(v6.45)

  • Əvvəlki versiyadakı xətalar aradan qaldırıldı

(v6.40)

  • Baza versiyası – 2.18.122 yeniləndi
  • Avto cavab funksiyası təkmilləşdirildi
  • Səsyazmanı tək kliklə davam etdirmə funksiyası əlavə edildi
  • Qrup daxilində admindən kənar istifadəçilərin yazmasına məhdudiyyət qoymaq üçün seçim əlavə edildi
  • Söhbətlər ekranındakı yeni söhbət düyməsini ləğv etmək seçimi (Mod 2.1.11)
  • Silinmiş mesaj bildirişini ləğv etmək (Mod 6.20)
  • Mavi oxundu işarəsinin deaktiv olduğu zaman avto cavabı deaktiv etmək seçimi
  • Söhbətlərdə media fayllarını avtomatik yükləmək seçimi
  • Söhbət başlığında video ikonunu aktiv etmək seçimi (Mod 1.2.16)
  • Temaları adları ilə axtarış imkanı
  • Əvvəlki versiyadakı xətalar aradan qaldırıldı

(v6.35)

  • Səhvliklər aradan qaldırıldı
  • Funksiyalar təkmilləşdirildi.

(v6.30)

  • Silinən mesajları görmə
  • Yeni video player əlavə olundu
  • Qrup şəkilini gizləmə (seçin 1.2.66)
  • Videonu gif`ə çevirmə
  • Avto cavabı redaktə seçimləri.

1. 168 thoughts on “WhatsApp Plus Yüklə

  1. Salam statusda vidyo deyqesini artırmaq mümkün olsaydı çox gözel ollardı .
    30-saniye 👎
    Qalanı çox gözelde bir bu işede baxılsa ela olardı

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.