Səhər saatlarından başlayaraq bir çox Android cihazlarda səbəbi bilinməyən problem yaranmağa başlayıb. Əgər sizin smarfonunuzda da ekrana “Google dayandırılması davam edir” xətası çıxırsa aşağıdakı həll yolunu izləyərək bu xətanı aradan qaldıra bilərsiniz.
“Google dayandırılması davam edir” xətasını necə aradan qaldırmaq olar?
“Google dayandırıldı” xətasını aradan qaldırmaq üçün Play Store-a daxil olun və axtarış yerinə “Google” yazın və çıxan ilk tətbiqi açın.
Yeni açılan səhifədə “Kaldır” düyməsinə klikləyərək yeniləməni silin. Beləliklə “Google dayandırıldı” xətası aradan qalxmış olacaq.
Reklam - Advertisement