NSWhatsApp Yüklə

NSWhatsApp v8.45 3D Yukle – 2021 En Yeni Versiya

İstər Android, istər iOS, istərsə də Windows platformalarının ən məşhur mesajlaşma tətbiqi olan WhatsApp-ın müxtəlif mod versiyalarından biri də NSWhatsApp-dır. Bundan əvvəl paylaşdığımız yazılarda mod versiyalar və onların xüsusiyyətləri haqqında ətraflı məlumat vermişdik. Bu MOD`lar istifadəçiyə tətbiqin orijinal versiyasında olmayan bir sıra xüsusiyyətləri və funksiyaları təqdim edir. Bunlar əməliyyatda böyük bir fərqlilik yaradan xüsusiyyətlər deyil, lakin görünüşü fərdiləşdirmə imkanı və bəzi gizlilik xüsusiyyətləri bir çox istifadəçilər üçün daha da rahatlıq və gizlilik yaradır. NSWhatsApp-da da digər versiyalarda olan bənzər xüsusiyyətlər mövcuddur. NSWhatsApp ilə də son görülmə vaxtını dondura, mesaj oxundu / mesaj çatdı işarələrini, qarşı tərəfin statusuna baxdığınızı gizlədə və buna bənzər funksiyalardan yararlana bilərsiniz. NSWhatsApp digər WP versiyalarından fərqli bir interfeysə sahibdir. NSWhatsApp-ın digər modifikasiya edilmiş versiyalarda olmayan bəzi xüsusiyyətlər bu versiyada mövcuddur. Bu fərqliliklərdən biri də 3D ikonlardır.

Əsas Üstünlükləri:

  • Nömrəni kontakta qeyd etmədən mesaj yazmaq imkanı.
  • Status bölməsinə 30 saniyədən artıq video yerləşdirmə imkanı.
  • Statusları (story) yükləmə imkanı.
  • Statuslara ad görünmədən baxmaq imkanı
  • Fərqli temalar
  • 1024 MB həcmə qədər video göndərmə imkanı.
  • 300 MB həcmə qədər audio göndərmə imkanı.
  • 3D klub ikonları.
  • 15`dən çox launcher ikonu.
  • 10`dan çox bildiriş ikonu.

 

Nə üçün orijinal WhatsApp yerinə NSWhatsApp-ı seçək?

Əlbəttə həmişəki kimi təhlükəsizliyə daha çox önəm verən istifadəçilərə WhatsApp`ın orijinal versiyasını məsləhət görürük. Lakin, WhatsApp`da daha çox azadlıq istəyənlər üçün MOD versiyalar əvəzolunmazdır. “Nə üçün NSWhatsApp?” sualına aşağıda cavab tapa bilərsiniz:

  • Eyni telefonda iki WhatsApp hesabından istifadə etmək imkanı verir.
  • Mesajlaşma tətbiqinizin interfeysini fərdiləşdirmək üçün onlarla tema var.
  • Rəngləri, nişanları, ölçüləri və bir çox detalları fərdiləşdirmə imkanı verir.
  • NSWhatsApp`da göndərə biləcəyiniz videoların ölçüsü 16 MB deyil, 30 MB-dır.
  • Bir dəfəyə göndərə biləcəyiniz şəkillərin sayı 10 deyil, 90-dır.
  • WhatsApp vasitəsilə göndərilən şəkillərdə keyfiyyət itkisi olmur.
  • Statusunuz üçün simvol limiti 139 deyil, 250-dir.
  • Bir çox gizlilik funksiyaları (online vaxtını dondurmaq, mavi oxundu işarəsini gizlətmək və s.) var.
⇓ YÜKLƏMƏ LİNKLƏRİ  ⇓

NSWhatsApp Yüklə (com.wp) – Mavi tema

Eyni zamanda həm adi versiya həm də NSWhatsApp işlətmək üçün aşağıdakı linkdən yükləyin

NSWhatsApp 2 Yüklə (com.ns) – Qızılı tema

NSWhatsApp 3 Yüklə (com.ns2) – Qırmızı tema

WhatsApp Baza Versiyası: 2.20.193.9

Yenilənmə tarixi: 10.09.2020

Əsas yeniliklər:

(8.45)

  • Baza yeniləndi – v2.20.193.9
  • Instagram story mod olmadan Söhbətləri / Qrupları ayrı-ayrılıqda aktivləşdirmə seçimi əlavə olundu
  • Mesajların gecikməsi problemi aradan qaldırıldı
  • Qrup nişanı oxunmamış sayğac titrəyir
  • Broadcast mesajlarında göstərilməyən Broadcast nişanı problemi aradan qaldırıldı
  • Mavi mikrofonu gizlətməkdə olan problem aradan qaldırıldı
  • Status bölməsində  görülmə / görülməmə rəngi artıq işləyir
  • Statuslarda görüldü nişanını gizlədən zaman yaranan problem aradan qaldırıldı
  • Söhbətdə / Qrupda divar kağızını dəyişərkən yaranan problem aradan qaldırıldı
  • Başqa düzəlişlər və təkmilləşdirmələr.

(v8.35)

  • Baza yeniləndi – v2.20.123
  • Şəxslər / Qruplar olmaqla yazışmaları iki ekrana bölmək seçimi
  • Yeni səs effektləri
  • Dark mod
  • Yeni fontlar
  • Tətbiq quraşdırılmadı xətası aradan qaldırıldı
  • Digər xətalar aradan qaldırıldı

(v8.26)

  • Baza yeniləndi – v2.12.291
  • Artıq statuslara (story) baxdıqdan sonra “görüldü” kimi qeyd edə bilərsiniz
  • Yazışma ekranında ilk mesaja getmək üçün funksiya əlavə edildi
  • Mesaj yönləndirmə limiti 250-ə artırıldı
  • Status limiti 5 dəqiqəyə qaldırıldı (Parametrlərdən aktiv etməlisiniz)
  • Göndərilmiş mesajı silmək üçün müddət limiti 100 günə artırıldı
  • Xətalar aradan qaldırıldı

(v8.12)

  • Əvvəli versiyadakı xətalar aradan qaldırıldı

(v6.60)

  • Baza yeniləndi – v2.19.17
  • Yeni emojilər əlavə edildi
  • Artıq qrup üzvlərinə zəng edə bilərsiniz
  • Qrup üzvünə birbaşa şəxsi mesaj yazma seçimi əlavə edildi (Reply Privately)
  • Tema axtarışında yaranan xəta düzəldildi

(v6.30)

  • Silinən mesajları görmə
  • Yeni video player
  • Qrup açıqlamasını gizləmə seçimi (Mod. 01/02/66)
  • Videonu gif`ə çevirmə
  • Avto cavabı redaktə seçimləri.

 

57 thoughts on “NSWhatsApp Yüklə

  1. Salam , yeni Whatsappda niyə videolara baxmaq olmur axı , yenilədiz 11.00 etdiz , çox bərbad günə saldız . 😠

      • Salam Aleyküm mənim vabçatın vaxtı bitib və yeniləyirəm yazlırki tətbiq hazır deyil qızılı temadır

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.