WhatsApp Plus JiMODs Yüklə

WhatsApp Plus JiMODs v8.92 Apk Yukle – Ən Yeni Versiya 2021

1 milyarddan çox aktiv istifadəçisi olan WhatsApp mesajlaşma tətbiqinin onlarla müxtəlif modifikasiya edilmiş versiyası mövcuddur. Belə mod versiyalardan biri də WhatsApp Plus JiMODs-dur. Digər Vatsap Plus alternativləri ilə demək olar ki, eyni xüsusiyyətlərə malik olan tətbiqin bəzi fərqli xüsusiyyətləri də var. Müxtəlif rəngli temalar, yeni emojilər və daha bir çox funksiya. WP Plus-ın ən önəmli xüsusiyyətləri olan online vaxtını dondurmaq imkanından, mesaj görüldü / oxundu işarəsini deaktiv etmək imkanından bu versiyada da problemsiz istifadə edə bilərsiniz. Lakin qeyd edək ki, tətbiqdə Azərbaycan dili dəstəkli plus menusu mövcud deyil.

Əsas Üstünlükləri: 

  • Daha Rəngli – Daha dolğun rəngli temalar, dəyişdiriləbilər ölçülər, düymələr və s.
  • Daha Böyük Ölçüdə Fayl Yükləmə Limiti – Digər istifadçilərə daha böyük həcmli videolar, mahnılar və müxtəlif fayllar göndərə bilərsiniz.
  • Daha Keyfiyyətli Şəkillər – Dostlarınıza göndərdiyiniz şəkillər daha keyfiyyətli, orginal keyfiyyətində olacaq.
  • Reklamsız WhatsApp Plus İstifadəsi – Tətbiqdə heç bir reklam yoxdur.
  • Sürətli Paylaşım – Dostlarınızla fayllarınızı tək kliklə paylaşa bilərsiniz.
  • Kopyala / Əlavə Et – Mesajlardan istədiyiniz hissəni daha asan kopyalayıb dərhal başqa istifadəçiyə göndərə bilərsiniz.
  • Profil Şəklini Gizlətmək İmkanı – İstədiyiniz zaman kontaktdakıların profil şəkkillərini gizlədə və yaxud onun yerinə başqa şəkil əlavə edə bilərsiniz.
  • Temalar – İstədiyiniz temanı mağazadan önizləmə etdikdən sonra asanlıqla yükləyib tətbiq edə bilərsiniz.

Nə üçün orijinal WhatsApp yerinə JiMODs-u seçək?

Əlbəttə həmişəki kimi təhlükəsizliyə daha çox önəm verən istifadəçilərə WhatsApp-ın orijinal versiyasını məsləhət görürük. Lakin, WhatsApp-da daha çox azadlıq istəyənlər üçün MOD versiyalar əvəzolunmazdır. “Nə üçün WhatsApp JiMODs?” sualına aşağıda cavab tapa bilərsiniz:

  • Eyni telefonda iki WhatsApp hesabından istifadə etmək imkanı verir.
  • Mesajlaşma tətbiqinizin interfeysini fərdiləşdirmək üçün onlarla tema var.
  • Rəngləri, nişanları, ölçüləri və bir çox detalları fərdiləşdirmə imkanı verir.
  • JiMODs-da göndərə biləcəyiniz videoların ölçüsü 16 MB deyil, 30 MB-dır.
  • Bir dəfəyə göndərə biləcəyiniz şəkillərin sayı 10 deyil, 90-dır.
  • WhatsApp vasitəsilə göndərilən şəkillərdə keyfiyyət itkisi olmur.
  • Statusunuz üçün simvol limiti 139 deyil 250-dir.
  • Bir çox gizlilik funksiyaları (online vaxtını dondurmaq, mavi oxundu işarəsini gizlətmək və s.) var.
⇓ YÜKLƏMƏ LİNKLƏRİ ⇓

WhatsApp JiMODs Yüklə (com.whatsapp)

Eyni telefonda həm adi WhatsApp, həm də WhatsApp Plus işlətmək üçün aşağıdakı linkdən yükləyin

WhatsApp JiMODs 2 Yüklə (com.jtwhatsapp)

WhatsApp Baza Versiyası: 2.21.11.17

Yenilənmə tarixi: 19.08.2021

Əsas yeniliklər:

(v8.85)

  • Baza yeniləndi – v2.21.4.22
  • Divar kağızının bəzi telefonlarda tətbiq olunmaması problemi aradan qaldırıldı
  • Statusu yükləmək üçün yeni seçimlər əlavə edildi (başlığı kopyala, paylaş və s.)
  • Avtomatik olaraq Dark / Light rejimi əlavə edildi
  • Gizlilik şərtləri bildirişini gizlətmək üçün seçim əlavə edildi (Universal> Gizlilik mesajını gizlədin). Qəbul etmədən gizlədə bilərsiniz.
  • Android 11-də işləməyən nüsxələmə funksiyası düzəldildi
  • Səs dəyişdirici seçimləri üçün tərcümələr əlavə edildi
  • Digər düzəlişlər və təkmilləşdirmələr

(v8.71)

  • Səsli mesajlar üçün səs dəyişdirici əlavə edildi (Söhbətlər> 3 nöqtə> Səs dəyişdirici)
  • Stiker göndərməzdən əvvəl önizləmə etmək və təsdiqləmək üçün seçim əlavə edildi
  • Endirilmiş emoji paketlərini silmək üçün seçim əlavə edildi
  • Əsas ekranda arxivlənmiş mesajlar sətri artıq temaların rənginə uyğun olur
  • Qruplara göndərilən mesajlardakı yavaşlama problemi aradan qaldırıldı
  • Yeni məxfilik siyasəti üçün son tarix 15 may tarixinə qədər uzadıldı
  • Başqa yeniliklər və düzəlişlər.

(v8.51)

  • Baza yeniləndi – v2.20.199.14
  • Yeni Varsayılan Tema (Gündüz / Gecə) əlavə edildi
  • Instagram Story stili üçün yeni dizaynlar əlavə edildi
  • Instagram Story-dən status əlavə etmək üçün yeni dizayn əlavə edildi
  • Alt çubuq stilləri üçün yeni dizayn əlavə edildi
  • Seçimlərin aktivləşdirilməsi üçün (təyyarə rejimi, gündüz / gecə rejimi)  yeni interfeys əlavə edildi
  • Ad çox uzun olduqda animasiya kimi göstərmək üçün seçim əlavə edildi
  • Instagram Story elementləri üçün rəng seçimləri əlavə edildi
  • Alt çubuq stillərinin düzgün işləməməsi problemi həll edildi
  • Tərcümələr yeniləndi

(v8.26)

  • Baza yeniləndi – 2.20.11
  • Artıq statuslara (story) baxdıqdan sonra “görüldü” kimi qeyd edə bilərsiniz
  • Yazışma ekranında ilk mesaja getmək üçün funksiya əlavə edildi
  • Mesaj yönləndirmə limiti 250-ə artırıldı
  • Status limiti 5 dəqiqəyə qaldırıldı (Parametrlərdən aktiv etməlisiniz)
  • Göndərilmiş mesajı silmək üçün müddət limiti 100 günə artırıldı
  • Yeni emojilər aktiv edildi
  • Dark mod aktiv edildi
  • Xətalar aradan qaldırıldı

(v8.12)

  • Baza yeniləndi – v2.19.291
  • Əlavə edildi – Hekayələr instagramdakı kimi ekranın yuxarısında (aktiv etmək üçün Home Screen >> Header)
  • Əlavə edildi – Səssizə alınmış hekayə yeniləmələrini gizlət
  • Əlavə edildi – Baxılmış hekayə yeniləmələrini gizlət
  • Əlavə edildi – Son hekayə yeniləmələrini gizlət
  • Əvvəlki versiyadakı səhvliklər aradan qaldırıldı

158 thoughts on “WhatsApp Plus JiMODs Yüklə

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.