WhatsApp bir milyarddan çox aktiv istifadəçisi olan ən populyar mesajlaşma tətbiqlərindən biridir. Olduqca geniş istifadə olunması ilə birlikdə tətbiqdən telefonumuza çoxlu sayda lazımsız fayllar, şəkil və videolar daxil olur. Bu fayllar qalereyamızda qarışıqlıq yaratdığı kimi telefonumuzun yaddaş sahəsini də azaldır. Bu yazımızda WhatsApp ilə daxil olan çoxlu sayda şəkil və videoların qarşısını almaq üçün yaradılan və telefonumuzun yaddaş sahəsini təmizləməyə kömək edən funksiyalardan danışacağıq. Sözü çox uzatmadan keçək mətləbə.
1. Qrupda göndərilən şəkil və videoları qalereyadan gizlətmək
WhatsApp qrupları vasitəsi ilə telefonumuza hansı məzmunlu şəkil və videoların daxil olacağına nəzarət edə bilmirik və telefonumuzun qalereyasında görünən bu məzmun bizə qarışıqlıqla birlikdə problem yarada bilir. WhatsApp`ın bu problemi aradan qaldırmaq üçün olduqca yararlı bir funksiyası var. Hansısa qrupda göndərilən şəkil və videoların qaleriyanızda göstərilməsini istəmirsinizsə həmin qrupun məlumatlarına daxil olaraq “Media görünməsi” bölməsindən “Xeyr” seçməyiniz kifayətdir. Artıq bu qrupda göndərilən hər hansı bir şəkil və ya video sizin qalereyanızda göstərilməyəcək.
2. Bütün söhbətlərdən göndərilən şəkil və videoları qalereyadan gizlətmək
Sadəcə müəyyən qruplarda deyil bütün söhbətlərdən daxil olan şəkil və videoları qalereyadan gizlətmək istəyirsinizsə Parametrlər > Söhbətlər bölməsinə daxil olaraq “Media görünməsi” seçimini deaktiv etməyiniz kifayətdir.
3. WhatsApp`dakı lazımsız faylları təmizləmək
WhatsApp`dan istifadənin artmasına paralel olaraq paylaşılan fayllar da çoxalır və telefonda çox ciddi bir yaddaş sahəsi tutur. Xüsusilə qrup söhbətləri, çox sayda daxil olan şəkil və videolar telefon yaddaşında boş yerin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Buna görə lazımsız olduğunu düşündüyünüz WhatsApp fayllarını silərək cihazınızın yaddaşını boşalda bilərsiniz. Bunun üçün Parametrlər > Data və yaddaş istifadəsi > Yaddaş istifadəsi bölməsinə daxil olaraq fayllarını təmizləmək istədiyiniz söhbəti açaraq silmək istədiyiniz fayl növlərini (şəkil, video, audio mesaj, mətn mesajı, GiF, sticker və s.) seçib həmin faylları silə bilərsiniz.
4. Daxil olan lazımsız şəkil və videoların telefonunuza yüklənməsinin qarşısını almaq.
Qruplarda və söhbətlərdə göndərilən şəkil və videolar bəzən əhəmiyyətsiz olur və biz istəməsək də avtomatik qaydada telefonumuza yüklənir. Bunun qarşısını almaq üçün Parametrlər > Data və yaddaş istifadəsi bölməsinə daxil olub “Media avtomatik endirmə” sahəsindəki “Mobil datadan istifadə” və “Wi-Fi`a qoşulanda” bölmələrindəki seçimləri deaktiv etmək lazımdır.
Azərbaycan dilində olsun vaçab
Qəşəng əladı çox gözəl
Çox süper
Vatsap + yükləmək istəyirəm
https://wplusyukle.com/whatsapp-azerpro/ bu linkdən yükləyə bilərsiniz
Yükləyə bilmədim mən. Yenilənmə gəlir, açıram hec nə yoxdur (((
Ela
ELa
Vhatcap plus yuklemek isdeyirwm