WhatsApp AzerPRO Yüklə

WhatsApp AzerPRO 2026 – Azərbaycan dilində – Yeni AntiBAN işlək versiya [Aprel 2026]

Android və iOS platformalarının ən populyar mesajlaşma tətbiqi olan WhatsApp-ın müxtəlif modifikasiya olunmuş versiyaları mövcuddur. WhatsApp-ın bu cür MOD versiyaları adətən WhatsApp-ın orijinal versiyasında olmayan çox sayda funksiyalar ilə istifadəçilərin diqqətini çəkir. Belə tətbiqlərdən biri də Azərbaycanlı developer tərəfindən modifikasiya olunmuş WhatsApp AzerPRO-dur.

WP AzerPro ilə rəsmi versiyada olmayan müxtəlif funksiyalardan istifadə edə bilərsiniz. Eyni zamanda müxtəlif temaları tema mağazasından yükləyərək WhatsApp-ınızı istədiyiniz formada dizayn edə bilərsiniz. Yenilənmiş AntiBAN ilə bu MOD-da ban olunma ehtimalı da olduqca aşağıdır. AzerPro-nu səhifənin aşağısındakı yükləmə linkinə keçid edərək yükləyə bilərsiniz. Qeyd edək ki, bu versiyada qeydiyyatdakı problem aradan qaldırılmışdır və tətbiq android versiyası 4.2.2 və üstü telefonlarda problemsiz işləyir.

Təhlükəsizlik ilə bağlı tez-tez verilən bir suala da aydınlıq gətirək, göndərilən və qəbul edilən bütün mesajlar, fayllar birbaşa WhatsApp serverləri vasitəsilə göndərilir. Heç bir mesaj üçüncü tərəfə verilmir. Bütün mesajlar orijinal WhatsApp-da olduğu kimi tam şifrələmə ilə şifrələnir.
Qeyd: Android versiyası 4.2.2 olan istifadəçilər  AzerPro 1 və AzerPro 5 versiyalarını yükləyib problemsiz istifadə edə bilərlər.

AzerPRO-nun əsas üstünlükləri:

  • Eyni telefonda iki WhatsApp hesabından istifadə etmək imkanı verir.
  • Mesajlaşma tətbiqinizin interfeysini fərdiləşdirmək üçün onlarla tema var.
  • Rəngləri, nişanları, ölçüləri və bir çox detalları fərdiləşdirmək imkanı verir.
  • AzerPRO-da göndərə biləcəyiniz videoların ölçüsü 16 MB deyil, 30 MB-dır.
  • Bir dəfəyə göndərə biləcəyiniz şəkillərin sayı 10 deyil, 90-dır.
  • WhatsApp Plus vasitəsilə göndərilən şəkillərdə keyfiyyət itkisi olmur.
  • Statusunuz üçün simvol limiti 139 deyil, 250-dir.
  • WhatsApp`da sizə kimin zəng edə biləcəyini seçə bilirsiniz.
  • WhatsApp ilə gələn media fayllarını qalereyada gizlədə bilirsiniz.
  • Bir çox gizlilik funksiyaları (online vaxtını dondurmaq, mavi oxundu işarəsini gizlətmək və s.) var.

 

 

⇓ YÜKLƏMƏ LİNKLƏRİ ⇓

Ban olunmuş nömrə ilə WhatsApp AzerPro tətbiqini işlətmək üçün ilk öncə aşağıdakı linkdən Aktivator tətbiqi yükləyin, nömrənizi qeydiyyatdan keçirin. Daha sonra isə heçnəyi silmədən aşağıdakı linkdən AzerPro tətbiqini yükləyin.

YÜKLƏ (com.whatsapp)

WhatsApp Baza Versiyası: 2.25.1.75

Yenilənmə tarixi: 13.02.2026

Əsas yeniliklər:

(12.00)

  • Baza yeniləndi – v2.21.21.17
  • Tək səfərlik baxış üçün göndərilən şəkil və videoları yükləmək üçün seçim əlavə edildi
  • Qrupda kontakt tərəfindən göndərilən bütün mesajlara baxmaq üçün seçim əlavə edildi

(v11.60)

  • Mesaj zamanlayıcı əlavə edildi (One UI dizayn)
  • Avtomatik cavab funksiyası əlavə edildi (One UI dizayn)
  • Bütün söhbətlər üçün Dark / Light rejimi aktivləşdirildi
  • Pin kilidi ekranı yenidən dizayn edildi
  • Pattern kilidi ekranı yenidən dizayn edildi
  • Status yükləyərkən çıxan xətalar aradan qaldırıldı
  • Bəzi telefonlarda olan mesaj gecikməsi aradan qaldırıldı
  • Medyanın yüklənməməsi və digər xətalar aradan qaldırıldı
  • Gecə rejimində şəkil/video göndərərkən Mesaj/Başlıq mətn qutusunun rəngi düzəldildi
  • Bəzi android 11 cihazlarında zəng zamanı çıxan xəta aradan qaldırıldı
  • Tərcümələr təkmilləşdirildi
  • Digər düzəlişlər və təkmilləşdirmələr

(v11.50)

  • İstifadə müddəti artırıldı

(v11.30)

  • Baza yeniləndi – v2.21.6.17
  • Divar kağızının bəzi telefonlarda tətbiq olunmaması problemi aradan qaldırıldı
  • Statusu yükləmək üçün yeni seçimlər əlavə edildi (başlığı kopyala, paylaş və s.)
  • Avtomatik olaraq tema mağazası üçün Dark / Light rejimi əlavə edildi
  • Gizlilik şərtləri bildirişini gizlətmək üçün seçim əlavə edildi (Universal> Gizlilik mesajını gizlədin). Qəbul etmədən gizlədə bilərsiniz.
  • Android 11-də mövcud olan media yüklənməsindəki problem aradan qaldırıldı
  • Android 11-də işləməyən nüsxələmə funksiyası düzəldildi
  • Səs dəyişdirici seçimləri üçün tərcümələr əlavə edildi
  • Digər düzəlişlər və təkmilləşdirmələr

(v11.20)

  • Əvvəlki yeniləmədə ləğv edilmiş bir neçə funksiya bərpa edildi
  • İstifadə müddəti artırıldı
  • Bir neçə hesab əlavə etmə funksiyası əlavə edildi

(v11.00)

  • Baza yeniləndi – v2.20.207.19
  • Səsli mesajlar üçün səs dəyişdirici əlavə edildi (Söhbətlər> 3 nöqtə> Səs dəyişdirici)
  • Stiker göndərməzdən əvvəl önizləmə etmək və təsdiqləmək üçün seçim əlavə edildi
  • Endirilmiş emoji paketlərini silmək üçün seçim əlavə edildi
  • Əsas ekranda arxivlənmiş mesajlar sətri artıq temaların rənginə uyğun olur
  • Qruplara göndərilən mesajlardakı yavaşlama problemi aradan qaldırıldı
  • Başladıcı ikon sayı 127-ə qaldırıldı
  • Yeni dizayn başladıcı ikonlar əlavə edildi. Artıq isdifadəçilər işlətdikləri WhatsApp`ın hansı paket adında olduğunu ikon üzərində qeyd edilən rəqəmlə bilə bilərlər.
  • Başqa yeniliklər və düzəlişlər.

(v10.80)

  • Baza yeniləndi – v2.20.205.16
  • Avtomatik silinən mesajlar funksiyası əlavə edildi
  • Qrup söhbətlərində cavab verdikdən sonra mavi xəttin aktivləşməsi seçimi əlavə edildi
  • Zip`dən tema yükləmək mümkündür
  • Statusu kopyalamaq üçün üzərinə klikləyin
  • Mesaj yönləndirmə limitini 250`ə qaldırmaq seçimi əlavə edildi
  • Ətraflı axtarış paneli əlavə edildi
  • Yeni xüsusi divar kağızları
  • Son söhbətləri gizlətmək seçimi
  • Digər kontaktları gizlətmək seçimi
  • Mütəmadi ünsiyyətdə olan kontaktları gizlətmək seçimi
  • Yeni menyunun avtomatik bağlanması problemi aradan qaldırıldı
  • Digər bir sıra düzəlişlər və yeniliklər

(v10.50)

  • Göndərilmiş mesajı silmək (geri çəkmək) üçün müddət artırıldı
  • Qrup söhbətləri üçün Broadcast
  • Əvvəlki versiyadakı xətalar aradan qaldırıldı

(v10.40)

  • Əvvəlki versiyadakı xətalar aradan qaldırıldı

(v10.30)

  • Əvvəlki versiyadakı xətalar aradan qaldırıldı

(v10)

  • Sürətli kontakt seçimi
  • Avto mətn funksiyası
  • Status fon rəngini redaktə etmək seçimi
  • Əvvəlki versiyadakı xətalar aradan qaldırıldı

(v9.90)

  • Baza yeniləndi – 2.20.11
  • Artıq statuslara (story) baxdıqdan sonra “görüldü” kimi qeyd edə bilərsiniz
  • Mesaj yönləndirmə limiti 250-ə artırıldı
  • Status limiti 10 dəqiqəyə qaldırıldı
  • Göndərilmiş mesajı silmək üçün müddət limiti 1 ilə artırıldı
  • Xətalar aradan qaldırıldı

(v9.80)

  • İstifadə müddəti artırıldı
  • WhatsApp AzerPro 1 və 5 versiyalarında Android 4.2.2 üçün işləməsi təmin edildi
  • Xətalar aradan qaldırıldı

(v9.70)

  • Köhnə funksiyalar bərpa edildi
  • Status (Story) limiti 10 dəqiqəyə artırıldı
  • Temalar aktiv edildi
  • Xətalar aradan qaldırıldı

(v9.60)

  • Qeydiyyatdakı problem aradan qaldırıldı (Android 4.2 və yuxarı versiyalarında problemsiz işləyir)
  • Dark Mode aktiv edildi
  • Əvvəlki versiyadakı xətalar aradan qaldırıldı

 

2. 088 thoughts on “WhatsApp AzerPRO Yüklə”

  1. Neden resim vidyo izlenilmiyor yeni sürümü yükledim watsap alt üst oldu resmen durum dahil atamıyorum en kısa sürede bana dönüş yapılırsa sewinirim.guncelleme olmadan önce watsap daha güzeldi bence

  2. Whatsapp’ı yenilədim və indidə açılmır tətbiq məlumatlarında lazım olan funksiyaları aktivləşdirdim amma heç bir faydası olmadı yenədə tətbiq açılmır yazır.Birdə ayrı bir problemi var ki, oda tətbiqdə mesajların nüsxəsi üçün email hesabını whatsapp’a bağlamaq olmur😶

  3. Admin,salam.Xahiş edirəm kömək edin.Eyni problemdir.Lakin telefon Real ne telefonudur,dili turkcedir, Azerbaycan’da yoxdur.Problemi hell ede bilmirem.Status,foto,audio acilmir.Paylaşmaq olmur.

  4. Salam. Necəsən? Qardaş təbrik edirəm çox uğurlu vp plusların var. Mən bir şey maraqlanmaq istəyirəm, vp plus azerpronu 1 ilə yaxındı istifadə edirəm. Ama bugün belə bişey oldu nə səsyazma açır, nə gələn şəkil açır, nə də statusları. Deyir: Endirmə uğursuz oldu. Bunu necə düzəldim?

  5. Ala bu azerpro ya girrəm diyir yenilənib endir düyməsinə basın basıram endirə v10.60 yüklə deyir amma v10.60 yükləmə linki yoxdu

  6. Men ne yazsam ojidaniyaya duwur getmir menden ne yazi ne ses.lakin mene gonderilenler gelir.Silib tezden yukleyir 3 5 gun 1 hefte iqleyir yeniden ele olur.sebeb? Zehmet olmazsa aydinliq getirin ne ede bilerem.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir